UEFA Avropa Liqasında III təsnifat mərhələsi üzrə ilkin oyunlara yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, 10 qarşılaşma keçirilib. "Qarabağ"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Şelburn" "Riyeka"nı 2:1 hesabı ilə məğlub edib. 

Bundan əlavə, "Braqa" CFR üzərində qələbəyə sevinib (2:1), "Legiya" isə AEK-ə böyük hesabla uduzub: 1:4.

Qeyd edək ki, cavab matçları 12-14 avqust tarixlərində keçiriləcək. 

Nəticələri təqdim edirik: