"Nə baş verdiyini anlamaq çətindir. Düşünürəm ki, biz möhtəşəm oyun göstərirdik. Meydançada bir nəfər az olmağımıza baxmayaraq, 4:2 hesabı ilə qalib gəlirdik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Fransanın "Lion" klubunun baş məşqçisi Paulu Fonseka deyib.
O, UEFA Avropa Liqasının 1/4 final mərhələsinin "Mançester Yunayted"ə qarşı keçirilmiş cavab matçı (4:5) barədə təəssüratlarını bölüşüb. Çalışdırıcının sözlərinə görə, qələbəni əldən vermələri arxayınçılıqla əlaqədardır.
"Hesab 4:2 xeyrimizə olarkən, qələbəni bayram etməyə başladıq. Lakin bizə oyuna nəzarəti davam etdirməli idik. Bizə təcrübə çatmadı. "Mançester Yunayted" penaltini qola çevirib, hesabı 3:4 etdikdən sonra isə daha böyük təzyiq göstərməyə başladı və biz təslim olduq", - deyə Fonseka vurğulayıb.



