"Qarabağ" bu gün UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda ÇSKA-nı (Sofiya) qəbul edib.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Tərəflər oyunu qolsuz başa vurub.
Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
20:00 "Qarabağ" 0:0 ÇSKA
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, cavab qarşılaşması 1 həftə sonra oynanılacaq.
Komandaların start heyətləri:
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreskis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov,
ÇSKA: 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 3. Tamimu Ouru, 10. Coel Zvarts, 11. Mohamed Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Giorgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsak Solet
Baş məşqçi: Xristo Yane


