UEFA Avropa Liqasında bu gün yarımfinalın cavab oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, mövsümün finalçıları müəyyənləşib.

  • İngiltərənin “Aston Villa” və “Nottingem Forest” komandaları üz-üzə gəlib. "Villa Park”da baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da start götürüb. Bu oyunda "Aston Villa" 4 cavabsız qolla qalib gəlib və iki oyunun cəmində 4:1 hesablı qələbə ilə finala yüksəlib.
    Qeyd edək ki, tərəflər arasında keçirilən ilk oyunda “Nottingem Forest” 1:0 hesablı qələbə qazanmışdı.

  • Digər həlledici görüşdə isə Almaniyanın “Frayburq” klubu “Europa-Park” stadionunda Portuqaliya təmsilçisi “Braqa”nı qəbul edib. Bu oyunda "Frayburq" 3:1 hesabla qalib gəlib və iki oyunun cəmində 4:3 hesablı qələbə ilə finala vəsiqə qazanıb.
  • Qeyd edək ki, komandalar arasında ilk matç “Braqa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, final görüşü mayın 20-də Türkiyənin İstanbul şəhərində yerləşən “Beşiktaş Park” stadionunda keçiriləcək.