UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, ikinci oyun günü 3 qarşılaşma ilə başa çatdı. Öncəki gün isə 1 qarşılaşma baş tutmuşdu.
İngiltərə klubları üçün uğurlu gecə gerçəkləşib. "Aston Villa" səfərdə inamlı qələbə qazanaraq yarımfinal yolunda böyük üstünlük əldə edib. "Nottingem Forest" isə Portuqaliyadan sərfəli heç-heçə ilə dönüb.
Mərhələnin bütün nəticələri isə bu cür olub:
"Braqa" 1:1 "Real Betis"
"Bolonya" 1:3 "Aston Villa"
"Portu" 1:1 "Nottingem Forest"
"Frayburq" 3:0 "Selta"
Bütün cavab qarşılaşmaları aprelin 16-da baş tutacaq.


