"Milan" "Bayer"in hücumçusu Viktor Bonifaseni heyətinə cəlb etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçu "rossoneri"yə "hə" deyib. Klublar arasında danışıqlar davam edir.
"Milan"ın bu keçidi 30 milyon avroya bitirəcəyi gözlənilir.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bonifase 2023-cü ilin yayında "Bayer"ə qoşulub. O, burada 61 oyunda 32 qol vurmağı bacarıb.



