Polşalı futbolçu Nikola Zalevskinin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı cinah müdafiəçisi karyerasını "Atalanta" davam etdirəcək. Onunla 4+2 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat atıb.
Berqamo klubu Polşa yığmasının üzvü üçün "İnter"ə 17 milyon avro ödəyəcək.
Zalevski bu ilin yanvarında "neradzuri"yə qoşulmuşdu. "İnter" 6 milyona transfer etdiyi futbolçudan 6 ayda 11 milyon xeyir əldə edib.



