"Fənərbağça" klubunda yeni müqavilə imzalanması gözlənilir.

Offsideplus.az xəbər verir ki, söhbət 26 yaşlı dayaq yarımmüdafiəçisi İsmail Yüksekdən gedir. 

Bildirilib ki, onunla yeni müqavilə üçün rəsmi danışıqlara başlanılıb. Oyunçunun maaşının da artırılması planlanıb. 

Qeyd edək ki, İsmail 2020-ci ildən bəri "Fənərbağça" futbolçusudur.