"Arsenal"ın futbolçusu Aleksandr Zinçenko karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" ukraynalı oyunçu ilə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo son illər sol cinah müdafiəçisi kimi oynayan Zinçenkonu yarımmüdafiədə istifadə etməyi düşünür.
Ukraynalı futbolçu 2022-ci ildən bəri "Arsenal"da çıxış edir. London klubu onun gedişinə mane yaratmayacaq.



