Yaxşı mövsüm keçirən “Qalatasaray”ın uğurları mağaza satışlarına da təsir edib.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" azarkeşlər komandanın uğurlu nəticələrindən sonra klubun rəsmi mağazalarına böyük maraq göstərməyə başlayıb.

Məlumata görə, mənfəət marjası 18 faizdən 38 faizə yüksəldən “Qalatasaray” şirkətinin mağazalardan dövriyyəsi 5,5 milyard TL-yə çatıb.

Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”u iki oyunun nəticəsinə əsasən 7:5 hesabı ilə mübarizədən kənarlaşdıran İstanbul klubu son 16 mərhələsinə yüksələrək 11 milyon avro mükafat qazanıb.

Bununla da “Qalatasaray”ın bu mövsüm turnirdən əldə etdiyi ümumi gəlirin 53,5 milyon avroya çatacağı bildirilib.