“Uzun müddətdir ki, təhlil etdiyimiz standart vəziyyətlərdən iki qol buraxmağımız adamı məyus edir”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 finalının "Turan Tovuz"la cavab qarşılşamasından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları matç haqqında fikirlərini bölüşüb:

"Azarkeşlərimizə minnətdaram. Qarşıda "Turan Tovuz"la çempionat matçı var, ona hazırlaşacağıq. Azarkeşlərimizin qarşısında ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Standart vəziyyətlərlə bağlı iş daha çox qapıçı və qapıçı məşqçisinin üzərinə düşür. Belə hallarda nəyisə demək çətindir".

Mütəxəssis komandanın fiziki durumu ilə bağlı sualı cavablandırıb:

"Xeyr, heç bir problem yoxdur. Komandamızda əzələ zədəsi mövcud deyil. Sadəcə, Mahamadu Banın çiynində köhnə xroniki problem var. Bu səbəbdən onu start heyətində oynatmadıq".

Qeyd edək ki, komandalar arasında ilk matç Tovuz təmsilçisinin 1:0 hesabl; qələbəsi ilə bitmişdi.