"Fənərbağça" akademiyasında yetişən ve uzun illər sarı-lacivertli formaya sahib olan milli qapıçı Mert Günok ilə 2,5 mövsümlük müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, klubun binasında təşkil olunan imza mərasimində idarə heyəti üzvləri Ertan Torunoğulları, Ömer Topbaş və Turgay Terzi və İdman direktoru Devin Özek iştirak edib.
Mert Günok isə kluba qayıtması ilə bağlı bunları deyib:
"Buraya geri döndüyüm üçün çox duyğusalam. 34 nömrəli formayla bir çox uğur yaşadım və yenə bu nömrəni geyinmək istədim. Mövsüm sonunda çempion olacağımıza inanıram. Azarkeşlərimizdən çox gözəl mesajlar alıram, onların dəstəyini arxamda hiss edirəm. Kadıköydə böyümüşəm və buradan ayrılsam da, həmişə sevgilərini gördüm. Yenidən bu duyğunu yaşayacağım və bu formayı geyinəcəyim üçün çox xoşbəxtəm."


