Alman mütəxəssis Yurgen Klopp "Mançester Siti"nin üzləşdiyi maliyyə qaydası pozuntuları ilə bağlı sualları cavablandırıb. 

Offsideplus.az xəbər verir ki, o, bu barədə eşitdiyini bildirib:

"Əlbəttə ki, bu barədə eşitmişəm, amma buna çox da fikir verməmişəm. Mən yalnız gözləyə və nə olacağını görə bilərəm.
Pep Qvardiolaya və "Siti"nin futbol üslubuna böyük hörmətim var. Onlar fantastik futbol oynadılar və bizim üçün əsl yüksək səviyyəli rəqib oldular."