Almaniya millisinin baş məşqçisi Yurgen Klopp sosial şəbəkələrdə komandanın "kifayət qədər alman və ya ağ" olmaması ilə bağlı yazılanlara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Klopp bu cür fikirlərə əhəmiyyət vermədiyini deyib:
"Mən belə şərhləri görməmişəm. Məncə, bu insanlara diqqət ayırmağa heç bir əsas yoxdur. Həyatda da, sosial şəbəkələrdə də mənim boş şeylərə vaxtım yoxdur. Ən böyük problem odur ki, sosial şəbəkələrdə hər kəs fikrini yaza bilir. İnsanlar cəfəngiyyat danışır, bu dəli bir haldır. Komandamız daha birləşmiş ola bilməzdi. Dünya idmançıların paltardəyişmə otağından nümunə götürməlidir".


