Yaponiyalı müdafiəçi Takehiro Tomiyasu karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu "Kristal Pelas" klubu ilə rəsmi razılıq əldə edib.
Məlumata görə, "Ayaks"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan Tomiyasu yeni klubu ilə növbəti 48 saat ərzində rəsmi müqavilə imzalayacaq.
Daha əvvəl "Arsenal"ın da şərəfini qorumuş universal müdafiəçi tibbi müayinədən keçdikdən sonra London təmsilçisinin heyətinə qoşulacaq.


