Yurgen Klopp “Red Bull” rəhbərliyi ilə münaqişə yaşayıb.
Offsideplus.az xəbər verir ki, Avstriyanın "Salzburger Nachrichten" nəşrinin məlumatına görə, Jürgen Klopp “Red Bull” şirkətinin rəhbərliyi ilə fikir ayrılığı yaşayıb.
Alman mütəxəssis bu yay yenidən məşqçilik fəaliyyətinə qayıda bilər. Lakin onun keçmiş klubu "Liverpul"a qayıdışı hazırda gündəmdə deyil.
Hazırda Kloppun mümkün yeni ünvanı kimi ən çox "Real Madrid" göstərilir. Madrid klubu rəhbərliyi onu komandanın baş məşqçisi postu üçün “ən doğru seçim” hesab edir.


