“Neftçi” PFK-nın 2026/27-ci illər mövsümü üçün təlim-məşq toplanışının proqramı məlum olub.
Offsideplus.az xəbər verir ki, Paytaxt təmsilçisinin hazırlıq prosesi iki mərhələdən ibarət olacaq.
Komandanın hazırlıq planına əsasən, toplanışın birinci mərhələsi iyunun 20-dən 28-dək Bakıda təşkil olunacaq. “Ağ-qaralar” bu müddət ərzində hazırlıqlarını “Palms Sports” Futbol Mərkəzində yerli şəraitdə davam etdirəcəklər.
Bakı mərhələsi başa çatdıqdan sonra, “Neftçi” iyunun 29-da xaricə yollanacaq. İyulun 14-dək davam edəcək ikinci mərhələ Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. Hazırlıq müddətində “Hotel Livada Prestige”də məskunlaşacaq komandanın proqramına 4 yoxlama görüşü daxil edilib.
Yoxlama oyunlarının tarixləri artıq dəqiqləşib:
- 2 iyul — İlk rəqib Serbiya təmsilçisi “Partizan” olacaq.
- 6 iyul — İkinci yoxlama oyunu.
- 10 iyul — Üçüncü yoxlama oyunu.
- 13 iyul — Son sınaq matçı.
Qeyd: Digər rəqiblərin kimliyi və qarşılaşmaların başlanma saatları barədə yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.


