Fransa milli komandasının baş məşqçisi Didye Deşam dünya futbol tarixinə adını qızıl hərflərlə yazdırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis eyni milli komandanın sükanı arxasında 4 fərqli Dünya Çempionatına qatılan tarixdəki 6-cı baş məşqçi olub.

​Futbol tarixində eyni ölkənin milli komandası ilə 4 fərqli Dünya Kubokunda mübarizə aparmaq şərəfinə nail olmuş digər 5 əfsanəvi məşqçi bunlardır:

  • Zepp Herberger (Almaniya)
  • ​Volter Vinterbottom (İngiltərə)
  • ​Layos Baroti (Macarıstan)
  • ​Helmut Şön (Almaniya)
  • ​Oskar Tabarez (Uruqvay)
  • ​Didye Deşam (Fransa)

​Məlumat üçün qeyd edək ki, Didye Deşam Fransa millisi ilə həm futbolçu (1998), həm də baş məşqçi (2018) kimi Dünya Çempionluğunun sevincini yaşamış nadir futbol adamlarından biridir.