Misli Premyer Liqasının XII turunda "Sabah" evdə "Şamaxı" ilə qolsuz heç-heçəyə razılaşıb.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətnbuat konfransında 0:0 hesabı ilə başa çatan görüşü şərh edib:
"Milli komandaların fasiləsi başa çatdı və necə qayıdacağını bilmirsən. Çətin oyun idi. Birinci hissəyə yaxşı başlamadıq. Bizimlə birə-bir oynamağa çalışırdılar. İlk 20 dəqiqədə bizi cəzalandıra bilərdilər, ikinci hissədən sonra kontrolu əlimizə aldıq. Ən böyük problemlər üçüncü zonada idi. Bu oyunu geridə qoyub, növbəti oyunlara hazırlaşacağıq. 0:0 hesablı nəticə ədalətli oldu. Səhvlərimizi düzəltməliyik. Bizim üçün ambisiyalı komanda üçün çərçivəyə endirilən 6 zərbə düzgün deyil. Bizdə qollardan çox şanslar oldu".



