Misli Premyer Liqasının VII turunda "Kəpəz" səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov məğlubiyyəti şərh edib: 

"Baxmayaraq ki, rəqib "Qarabağ" idi, məğlubiyyətləri bu gün aradan qaldırmaq istəyirdik. Futbolçulara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Çalışmaq lazımdır ki, səhvləri minimuma endirək. Daha çox çalışmalı, özümüzə əziyyət verməliyik".