Bu il qəbul imtahanlarında yüksək bal toplayanlar arasında “Zirə”nin U-19 komandasının üzvü Əbülhəsən Məmmədovun olduğu barədə məlumat vermişdik.
Offsideplus.az xəbər verir ki, "Zirə"nin idarə heyətinin sədri Orxan Məmmədov, həmçinin futbolçunun qəbul olduğu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 696 bal toplayan oyunçu və atası ilə görüşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əbülhəsənin "Offside"a müsahibəsini təqdim edirik:



