"Zirə" Misli Premyer Liqasının 3-cü turunda "Kəpəz"i 5:0 hesablı məğlubiyyətə uğradıb.

Offsideplus.az xəbər verir ki, bu, "qartallar"ın tarixində Azərbaycan çempionatlarında ən böyükhesablı qələbə kimi yadda qalıb.

Onlar 2015/2016 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Zirə" daha əvvəl 3 dəfə 4:0 hesabı ilə qələbə qazanmışdı.