Misli Premyer Liqasının III turunda "Kəpəz" "Zirə"yə 0:5 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
"Çox danışılası bir şey yoxdur. Qapımızda gördüyümüz 3 kuryoz qoldan sonra imkanlar oldu, lakin istifadə edə bilmədik. Üzücüdür. Qarşıdan milli komandaların fasiləsi gəlir. Bu fasilədə toparlamağa çalışacağıq".
O, bu gün "Neftçi"dən icarə əsasında transfer edilən və debüt oyununa çıxan Ryonozuke Ohori barədə bu sözləri deyib:
"Komandaya dünəndən qoşulub. Performans olaraq uyğunlaşmasını istərdik. Məşqlərdə bizimlə olub. O futbolçu ilə iyun yaının əvvəllərindən maraqlanırdıq. "Neftçi"nin Ohori barədə fikirləri başqa idi. An məsələsi idi ki, bu da öz təsdiqini tapdı".
A.Şükürov "Turnir cədvəlinin sonunda 2 komanda var, "Qarabağ" və "Kəpəz". "Qarabağ"ın o sıralardan geridönüş etməsi gün məsələdir. Bəs "Kəpəz" geridönüş edə biləcək?" sualına belə cavab verib: "Fasilədən maksimum yaralanmağa çalışacağıq".



