UEFA “Həmrəylik ödəmələri" çərçivəsində 9 klubumuza ödəniş edib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"dan başqa Misli Premyer Liqasının 2024/2025 mövsümündə çıxış edən bütün klublara maddi yardım edilib.
UEFA-dan ümumilikdə 1.279.000 (bir milyon iki yüz yetmiş doqquz min) avro maliyyə vəsaiti ayrılıb.
Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
“Neftçi” - 142.111 avro
“Səbail” - 142.111 avro
“Araz-Naxçıvan” - 142.111 avro
“Sumqayıt” - 142.111 avro
“Sabah” - 142.111 avro
“Şamaxı” - 142.111 avro
“Zirə” - 142.111 avro
“Turan Tovuz” - 142.111 avro
“Kəpəz” – 142.111 avro



