Misli Premyer Liqası X turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" "Neftçi"ni qəbul edib.

"Ağ-qaralar" bu oyunda qələbə qazanaraq, turnir cədvəlində ilk sırasına yüksəlib.

Yuri Vernidub komandası çətinliklə də olsa, 3:2 hesablı qələbə qazanıb

"Şamaxı" 13 xalla 9-cu yerdədir. "Neftçi" isə xalını 21 edib və zirvənin yeni sahibi olub.

Qeyd edək ki, 2-ci "Sabah" (20 xal) və 3-cü "Qarabağ" "ağ-qaralar"dan bir oyun az keçirib.

Misli Premyer Liqası, X tur

1 noyabr (bazar)

15:00. "Şamaxı" – "Neftçi" 2:3

Qollar: Abdullahi Şuaybu, 24', Ayman Bouali, 64' - Qustavo Klisman, 14', Breno Almeyda, 49', Adeleke Akinyemi, 75'.

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Şamaxı şəhər stadionu