Misli Premyer Liqasında X tura bu gün start verilib. 

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. 

"Turan Tovuz" "Sabah"ı qəbul edib. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayıb.

"Bayquşlar" bu oyunadək 20 xalla çempionatın lideri idi. "Turan Tovuz" isə 15 xalla 4-cü yerin sahibi idi.

Misli Premyer Liqası, X tur

30 oktyabr (cümə)

18:30. "Turan Tovuz" 3:2 "Sabah"

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

Tovuz şəhər stadionu