"Kəpəz" klubunda baş məşqçi ayrılığı yaşanıb.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Azər Bağırov ilə yolları ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə müddəti başa çatan baş məşqçi ilə yeni anlaşma əldə olunmayıb.
Xatırladaq ki, A.Bağırov 2025-ci ilin oktyabrından komandanın sükanı arxasında idi.


