Basketbol üzrə U-12 yığmamız Gürcüstanın Kutaisi şəhərində keçirilən Gela Darsadze adına beynəlxalq turnirində mübarizəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, yığmamız turnirə qələbələrlə başlayıb.
Basketbolçularımız ilk oyunda Gürcüstan təmsilçisi "Telavi" yə 55:21, ikinci oyunda isə Estoniyanın "TalTech"klubuna 47:39 hesabı ilə qalib gəlib. Qeyd edək ki, turnirə 1 iyunda yekun vurulacaq.


