Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, F qrupunda yer alan millimiz bu gün saat 15:15-də Fransa ilə üz-üzə gələcək.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünən İtaliyaya qalib gələrək (3:0) pley-offa vəsiqəni təmin edib.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. Yığmamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.


