"Qarabağ" mövsümün sonuncu oyununa Sumqayıtda çıxıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının XXIII turu çərçivəsində "Sumqayıt"ın qonağı olub. Görüş Qurban Qurbanovun komandasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Qarabağ" mövsümü ikinci, "Sumqayıt" isə yeddinci pillədə başa vurub.

Misli Premyer Liqası, XXXIII tur

22 may (cümə)

19:30 “Sumqayıt” – “Qarabağ” 3:4

Qollar: Səbuhi Abdullazadə, 53. Rüstəm Əhmədzadə, 75, Emil Mustafayev, 90+3 - Ramil Şeydayev, 3. 64. Emmanuel Addai, 21. Aleksey Kaşuk, 85.

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı

VAR: Fərid Hacıyev

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu,