UFC-nin yüngül çəkidə sabiq çempionu Petr Yan Umar Nurmaqomedovla qarşılaşmağa hazır olduğunu bildirib. O, hər zaman yeni çağırışlara açıq olduğunu və ən güclü rəqiblərlə döyüşmək istədiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Yan bu barədə belə danışıb: "Kim olursa olsun, ən yaxşı və layiqli rəqiblərlə döyüşməyə hazıram. Heç vaxt heç kimə yox deməmişəm. Hər kəs üçün açığam. Umarın səhvləri aradan qaldırması mümkündür. Doğru yanaşma və düzgün hazırlıqla hər şey düzəlir. Onların yaxşı komandası var və bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Çempionun və döyüşçünün xarakteri də məhz budur: çətinlikləri aşmaq və irəli getmək".

Qeyd edək ki, Umar Nurmaqomedov UFC-də 10 döyüş keçirib və 8 qələbə, 2 məğlubiyyət əldə edib. 2025-ci ilin yanvarında o, Merab Dvalişviliyə qarşı titul döyüşündə hakimlərin yekdil qərarı ilə uduzub.