17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

"Park de Sport" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

İsrail yığması milli komandamızı 5:1 hesabı ilə məğlub edib. Yığmamızın heyətində Samir Şərifov fərqlənib.