Azərbaycan U-21 yığması bu gün Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə yaşıdları ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Bolqarıstanla görüşdə (1:1) yeganə qolumuzu vuran Emin Rüstəmov Çexiya ilə matçda da uğurlu nəticə olacağına inanır:
"Biz hər oyuna yalnız qələbə üçün çıxırıq. Düşünürəm ki, buradan yaxşı əhval-ruhiyyə ilə evə qayıda bilərik. Ancaq 3 xalı fikirləşirik".
O, rəqibin fiziki cəhətdən güclü olduğunu da bildirib:
"Rəqibin onların oyunlarını izləmişəm. Fiziki cəhətdən güclü komandadılar. Onları izləyən kimi bu, hiss olunur. Hər şey öz əlimizdədir. Qələbə qazana bilərik".
Qeyd: Jurnalistlərin Çexiyaya səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə baş tutub.



