“Barselona”nın prezidenti Xoan Laporta Lionel Messi ilə münasibətləri və gələcəkdə mümkün barışıq barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Laporta bildirib ki, Messinin klubu tərk etdiyi dövrdə onunla ad günündə danışıb:
“Messi ilə getdiyi gün ad günündə telefonla danışdıq. Səmimi bir söhbət oldu, amma bunun hər hansı davamı olmadı və bu mövzu məni kədərləndirir. Leo ‘Barselona’ya çox şey verdi, ‘Barselona’ da Leo’ya çox şey verdi. Ümid edirəm ki, yenidən yollarımız kəsişər”.
Klub rəhbəri Messinin “Barselona”dakı ilk illərini də xatırladıb:
“Onunla 16 yaşında ilk müqaviləni imzaladım. Sonra yenilədik, ailəsi ilə münasibətlərimiz çox yaxşı idi, onun özü ilə isə hər şey möhtəşəm idi”.
Laporta mümkün jestlərə də açıq olduqlarını vurğulayıb:
“Bu, qarşı tərəfdən asılıdır. Mən hər cür məsələni yoluna qoymağa hazıram — vida mərasimi, heykəl, xüsusi bir tanınma tədbiri təşkil etmək olar”.



