"Sevilla”nın baş məşqçisi Almeyda qarşıdakı oyun öncəsi “Real Madrid”in hücum xətti barədə danışıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis bildirib ki, Kilian Mbappenin komandalarına qarşı rekord qırmamasını arzulayır:
"Ümid edirəm ki, Mbappe bizə qarşı rekorda imza atmaz. Vinisius, Mbappe və Bellinqhemi necə dayandırmağın konkret resepti yoxdur.”
Almeydanın sözlərinə görə, bu futbolçular fərqlilikləri və yaradıcılıqları ilə seçilirlər:
“Onların təhlükəsini minimuma endirməyə çalışacağıq. Onlar kreativ və bir qədər ‘sənətkar’ oyunçulardır. Nə qədər yaxşı analiz etsək də, mütləq yeni bir həll tapırlar.”



