"Barselona"da Lamin Yamalın son durumu açıqlanıb.
Offsideplus.az xəbər verir ki, onun bərpası çox yaxşı irəliləyir. Əgər hər şey planlaşdırıldığı kimi getsə "Jirona" ilə oyunda ehtiyat oyunçu olacaq və 30–45 dəqiqə meydanda qalacaq.
Həmçinin, "Olimpiakos" a qarşı matçda isə start heyətində yer alacaq və 60–70 dəqiqə oynayacaq.
Oyunçu El Klásikoya qədər isə tam hazır vəziyyətdə olacaq.



