"Barselona" klubu Jül Kunde ilə yollarını ayırmaq istəmir. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi Denzel Dumfris ilə danışıqlar aparmır. "İnter"in futbolçusunun "Barselona"ya mümkün transferi 2025-ci ilin iyunundan bəri aktiv deyil. 

Bundan əlavə, "Barselona" oyunçusu Jül Kundeni "toxunulmaz" hesab edir. Dumfrisin mümkün keçidindən sonra Kundenin İngiltərə Premyer Liqasına transferi bu səbəbdən mümkün deyil.

İspaniya klubu tezliklə fransız oyunçuya yeni müqavilə təklif edəcək.