Azərbaycan Basketbol Liqasında IX turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

İlk olaraq "Sumqayıt" və "Ordu" komandaları qarşılaşıb. Matç Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayıb. Görüş "Ordu"nun 106:86 hesablı qələbəsi ilə yekunlaşıb. 

Günün digər matçında NTD "Şəki" kollektivini qəbul edib. Oyun "Sərhədçi" İdman Mərkəzində baş tutub və bu görüşdən Tahir Baxşıyevin komandası qələbə ilə ayrılıb.

Turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.

ABL, IX tur

B qrupu 

"Sumqayıt" - "Ordu" 86:106 (22:20, 19:26, 22:33, 23:27)

A qrupu

NTD - "Şəki" 93:79 (26:15, 22:21: 23:20, 22:20)