Markus Reşfordun "Barselona"ya transferi tamamlanmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, katalon klubu onun "Mançester Yunayted"də qazandığı həftəlik 325 min funt-sterlinqlik məvacibin hamısını qarşılayacaq.

Bu barədə "The Times" məlumat yayıb.

Qeyd edək ki, Reşfordun "blauqrana"ya keçidi satınalma şərti ilə birlikdə icarə əsasında baş tutacaq. Hazırda klublar arasında son danışıqlar gedir.