"Barselona" klubu da ayrılıq yaşana bilər. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçusu Oriol Romeu ilə müqaviləyə xitam verməyi planlaşdırır. Bu barədə "Marca" nəşri məlumat yayıb. 

Oyunçu ilə İspaniyanın "Jirona" klubu yaxından maraqlanır. Romeu "Barselona"dan ayrılsa, azad agent olaraq digər La Liqa klubuna keçid edəcək.

Xatırladaq ki, yarımmüdafiəçi 2023-cü ildə "Jirona"dan son La Liqa çempionlarına transfer olunmuşdu.