"Real Madrid" və Rodriqo futbolçunun gələcəyi barədə qərar verməlidir.
Offsideplus.az xəbər verir ki, müzakirələr gələn həftə baş tutacaq. Son qərarı isə braziliyalı futbolçu verəcək. O, ayrılmaq istəsə, "kral klubu" ona mane olmayacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Rodriqo Klublararası Dünya Çempionatında ardıcıl 5 oyuna start heyətində başlamayıb. O, 3 oyunda ümumiyyətlə meydana daxil olmayıb.
Braziliyalı 2019-cu ildən Madrid təmsilçisində çıxış edir. O, burada 270 oyunda 68 qol vurub və 51 məhsuldar ötürmə edib.



