Ulduz futbolçu zədələndi, onun "Real Madrid" arzusu "ürəyində qaldı".
Offsideplus.az xəbər verir ki, "Real Madrid" klubu "Borussiya Dortmund"un müdafiəçisi Niko Şlotterbekə olan marağını müvəqqəti olaraq dondurub. Buna səbəb almaniyalı futbolçunun sol topuğundan ciddi zədə almasıdır.
Məlumata görə, Şlotterbekin topuq bağlarında yırtıq aşkarlanıb. Bu zədə səbəbindən onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, gənc müdafiəçi Dünya Çempionatının qalan oyunlarında iştirak edə bilməyəcək.
İspaniya nəhənginin futbolçu ilə bağlı növbəti addımı onun sağalma prosesindən və reabilitasiya dövründən asılı olacaq.



