"Barselona" klubu Markus Reşfordun transfer hüquqlarına sahib olmaq üçün qərarını verməlidir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin İngiltərə millisinin üzvünü birdəfəlik transfer etmək variantını aktivləşdirmək üçün 15 iyuna qədər vaxtı var.
Təklif olunan 30 milyon avroluq transfer məbləğinin üç bərabər hissədə ödənilməsi nəzərdə tutulub:
- 10 milyon avro — 2026-cı ilin iyulunda;
- 10 milyon avro — 2027-ci ilin iyulunda;
- 10 milyon avro — 2028-ci ilin iyulunda.
Maliyyə şərtləri bəlli olsa da, "Barselona" rəhbərliyi ümumi xərclərlə bağlı tərəddüd edir. Digər tərəfdən, "Mançester Yunayted" rəhbərliyi qiymət məsələsində heç bir yenidən müzakirənin aparılmayacağını və şərtlərin qəti olduğunu bildirib.
Qeyd edək ki, Reşfordun masasında artıq digər klublardan da təkliflər var. Əgər "Barça" müəyyən olunmuş vaxta qədər rəsmi addım atmasa, ulduz futbolçu digər variantları dəyərləndirə bilər.


