Zeynep Sönmez Madrid Open turnirinin ilk raundunda xüsusi dəvət alan (wildcard) Karlota Martines Siresi 7-5, 6-2 hesabı ilə məğlub edərək, bu turnirdə matç qazanan ilk türk tennisçi olub.

Offsideplus.az xəbər verir ki, 2026-cı ilə uğurlu start verən Sönməz, Avstraliya Açıq çempionatında üçüncü mərhələyə yüksələrək "Open Era"da orada matç qazanan ilk türk qadın tennisçi kimi tarixə düşüb.

Dəyişkən və gərgin keçən ilk setdə tərəflər yeddi dəfə bir-birinin geymini (serve) qazandılar. Hesab 4-5 və 0-40 Sönmezin əleyhinə olarkən, o, rəqibinin üç set xalını xilas edərək nəticədə ilk setin qalibi oldu. İkinci setdə isə o, daha rahat oyun nümayiş etdirərək 1 saat 53 dəqiqəyə qələbəni təmin edib.