Azərbaycan I Liqasında IV tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, açılış oyununda "Şahdağ Qusar" və "Mingəçevir" üz-üzə gələcək.
Şamaxıda keçirələcək oyun saat 15:00-başlayacaq.
"Mingəçevir" 6 xalla 4-cü, 3 xalı olan Qusar təmsilçisi isə 6-cıdır.
Tura sabah və cümə günü keçiriləcək oyunlarla yekun vurulacaq.
Azərbaycan I Liqası, IV tur
1 oktyabr
15.00. “Şahdağ Qusar” – “Mingəçevir”
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.



