"Beşiktaş" klubunun prezidenti Serdal Adalı və baş məşqçisi Sergen Yalçın komandadan ayrılmaq istəyən Rafa Silva barəsində açıqlamalar veriblər.
Offsideplus.az xəbər verir ki, S. Yalçın portuqaliyalı futbolçu barədə bunları deyib:
"Rəfa bizimlə əlaqəni kəsib. O, meneceri vasitəsilə xəbər göndərir.
Həyatımda heç kimə vermədiyim itmiyazları ona verdim".
Prezident S. Adalı isə bu məsələ ilə bağlı bunları deyib:
“Başakşəhər” matçının 83-cü dəqiqəsində Rafa əvəzləndikdən sonra onun meneceri bizimlə görüşmək istəyib. O gəldi, biz danışdıq. Bir müddət sonra Rafa ilə görüşdük. Biz məsələni gərginləşməmişdən əvvəl daxildə həll etmək istəyirdik və çox çalışdıq. Rəfa ilə görüşümüz zamanı “Mənim heç kimlə problemim yoxdur, futbol karyeramı bitirmək istəyirəm” dedi. Bir müddət sonra isə sözünü dəyişdi və “gələndən bəri üç prezident, dörd menecer gördüm” dedi".



