"Qızıl Top" mükafatına namizədlər siyahısında ilk pillənin sahibi yenə dəyişib. 

Offsideplus.az "TNT Sports"a istinadən xəbər verir ki, daha öncə PSJ-nin və Portuqaliya milli komandasının üzvü Vitinyanın liderlik etdiyi siyahıya hazırda Lamin Yamal başçılıq edir. 

Klublararası dünya çempionatından sonra prestijli mükafata namizədlər siyahısında ilk "10-luq" aşağıdakı kimidir:

1. Lamin Yamal 

2. Vitinya

3. Kol Palmer

4. Usman Dembele 

5. Rafinya

6. Nuno Mendes

7. Əşrəf Hakimi

8. Mohamed Salah

9. Cici Donnarumma

10. Kilian Mbappe

Qeyd edək ki, "France Football" nəşri tərəfindən təqdim olunan "Qızıl Top" mükafatı 2024-cü il 1 avqust - 2025-ci il 31 iyul tarixlərini əhatə edəcək.