"Çox yaxşı oyun alındı. Hər iki komanda iki heyəti oynatdı".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Klubun rəsmi saytına danışan çalışdırıcı Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində Ukraynanın "Metallist 1925" komandasına 4:5 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: "Futbolçularımız hələ optimal formadan uzaqdırlar. Rəqibin hazırlığı daha yaxşı görünürdü. Bizi daha sürətli oynamağa məcbur etdilər. Dinamik mübarizə oldu. Bu, "Metallist 1925" komandasının üçüncü oyunu idi. Komandamızda həm yaxşı, həm də çatışmayan cəhətlər gördüm. Yaxşı cəhət o oldu ki, 5 qol buraxmağımıza baxmayaraq, futbolçular sona kimi mübarizədən əl çəkmədilər. Artıq qarşıdakı matçlara hazırlaşacağıq. Oyun quruculuğunda çatışmazlığımız var. Bunu qaydasına salmağa çalışacağıq. Ümumilikdə komandamdan razı qaldım”.

Q.Qurbanov Avstriya toplanışının geridə qalan dönəmi barədə də fikirlərini bölüşüb: “Avstriyadakı ilk 5 günü yaxşı dəyərləndirirəm. Düzdür, futbolçularda biz az yorğunluq var idi, yüklənmə çox olmuşdu. Buna baxmayaraq, hamı həvəslə, məsuliyyətlə hazırlaşır. Bugünkü oyunun nəticəsindən razı qalmasam da, proqramımızın gedişatından məmnunam”.