FIFA-nın prezidenti Gianni İnfantino "Qarabağ" klubunu Azərbaycan çempionu olması münasibətilə təbrik edib.
Offsidelus.az xəbər verir ki, bununla bağlı dünyanın ən ali futbol qurumunun rəhbəri AFFA-nın prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məktubun məzmunu belədir:
Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
Sürix. 21 may 2025-ci il
“Qarabağ” FK-ya təbrik
Hörmətli prezident,
Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Gianni İnfantino



