“Turan Tovuz” Futbol Akademiyasına uşaq və yeniyetmələr üçün seçimlər olacaq.

Offsideplus.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək müsabiqəyə 2008-2015-ci il təvəllüdlü futbolçular qatıla bilərlər.

Seçimlər 3-6 iyun tarixində baş tutacaq.

Plana əsasən, iyunun 3-4-də 2012, 2013, 2014 və 2015-ci il, 5-6-da isə isə 2008, 2009, 2010, 2011-ci il təvəllüdlü oyunçuların seçimləri həyata keçiriləcək.

Seçimlərdən uğurla keçən futbolçular "Turan Tovuz" Futbol Akademiyasına qəbul olunacaqlar.